Cümə 26.04.2024

Belçika millisindən sürpriz məğlubiyyət, İspaniya Almaniya ilə heç-heçə etdi

Belçika millisindən sürpriz məğlubiyyət, İspaniya Almaniya ilə heç-heçə etdi

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində 2-ci turun daha 4 oyunu keçirilib.

Günün ilk matçı E qrupunda Yaponiya və Kosta Rika yığmaları arasında olub. Mərkəzi Amerika təmsilçisi bu oyunda minimalhesablı qələbəyə sevinib.

Bu qrupun digər görüşündə mundiala qələbə ilə başlayan İspaniya ilk turda gözlənilmədən yaponiyalılara uduzan Almaniya yığması ilə qarşılaşıb. Matç 1:1 bitib.

F qrupunda Mərakeş millisi Belçika ilə oyunda gözlənilməz qələbəyə sevinib. Qrupun digər matçında Xorvatiya Kanadaya qalib gəlib. Bununla da Kanada Qətər yığmasından sonra pley-off şansını itirən ikinci komanda olub.

DÇ-2022

27 noyabr

E qrupu

Yaponiya - Kosta Rika - 0:1
Qol: Keyşer Fuller, 81.
Baş hakim: Maykl Oliver (İngiltərə).
"Əhməd İbn Əli" stadionu

İspaniya - Almaniya - 1:1
Qollar: Alvaro Morata, 62 - Niklas Fullkruq, 83.
Baş hakim: Denni Makkelli (Niderland).
"Əl Bayt" stadionu

F qrupu

Belçika - Mərakeş - 0:2
Qollar: Abdelhamed Sabiri, 73. Zəkəriyyə Abuxlal, 90+2.
Baş hakim: Sesar Arturo Ramos (Meksika)
"Al Tumama" stadionu

Xorvatiya - Kanada - 4:1
Qollar: Andrey Kramariç, 36; 70. Marko Livaya, 44. Lovro Mayer, 90+4 - Alfonso Deyvis, 2.
Baş hakim: Andres Matonte (Uruqvay).
"Xəlifə" stadionu