Cümə 29.03.2024

Rusiya olimpiada və DÇ-də çıxış hüququndan məhrum olundu

Rusiya olimpiada və DÇ-də çıxış hüququndan məhrum olundu

Rusiya irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi yekdilliklə qərar çıxarıb.

Bundan başqa, Rusiya 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququndan da məhrum edilib. Qadağa dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub.