Şənbə 20.04.2024

"Qarabağ" mövsümdə ikinci dəfə xal itirdi

"Qarabağ" mövsümdə ikinci dəfə xal itirdi

Misli Premyer Liqasında bu gün XV turun daha iki oyunu keçirilib.

Günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edib. Meydan sahibləri son üç matçı qolsuz tərk etməmişdi. Gəncə təmsilçisi son 4 səfər oyununda qol vurmuşdu. Bugünkü dueldə də tərəflər fərqlənməyi bacarıblar. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Günün ikinci görüşündə lider "Qarabağ" "Zirə"ni sınağa çəkib. Qəsəbə təmsilçisi indiyədək rəqibinə qalib gəlməyib. “Qarabağ” son iki ev oyununda qol buraxmayıb. Budəfəki matç qolsuz bitib. Ağdam klubu mövsümdə ikinci dəfə xal itkisi ilə üzləşib.

Turun ilk matçında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib. Tura noyabrın 29-da "Turan Tovuz" - "Sabah" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Misli Premyer Liqası, XV tur

28 noyabr (bazar ertəsi)

“Şamaxı” – “Kəpəz” - 1:1
Qollar: B.Həziyev, 68 - M.Erqemlidze, 11
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
Şamaxı şəhər stadionu

“Qarabağ” – “Zirə” - 0:0
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
“Azersun Arena”