Cümə 26.04.2024

DÇ-2022-nin oyunları "CBC Sport"la canlı yayımlanacaq

DÇ-2022-nin oyunları "CBC Sport"la canlı yayımlanacaq

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsində son turun oyunları günün eyni vaxtında başlayır.

Ölkə ərazisində bu çempionatın eksklüziv yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün "CBC Sport" telekanalı ilə razılaşma əldə edib.

Razılaşmaya əsasən yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun 8 oyunu "CBC Sport" telekanalında yayımlanacaq.