Cümə 19.04.2024

DÇ-2022: Niderland, Seneqal, ABŞ və İngiltərə 1/8 finalda!

DÇ-2022: Niderland, Seneqal, ABŞ və İngiltərə 1/8 finalda!

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində sonuncu - 3-cü tura start verilib.

A qrupunda 4 xalla ilk iki pilləni bölüşdürən Niderland ilə Ekvador yığmaları müvafiq olaraq, Qətər və Seneqalla qarşılaşacaq. Hər iki kollektivi pley-offa yüksəlmək üçün heç-heçə də qane edirdi. Ev sahiblərinin isə artıq qrupda qalması rəsmiləşmişdi. Son turda Niderland və Seneqal yığmaları qələbə qazanan tərəf olub. Nəticədə bu qrupdan 1/8 finala məhz bu iki komanda vəsiqə qazanıb.

B qrupunda ABŞ İran millisi, İngiltərə seçməsi Uelsə qarşılaşıb. Bu qrupda bütün komandaların 1/8 finala vəsiqə qazanmaq şansı var idi. Lakin yekunda İngiltərə və ABŞ yığmaları adlarını pley-offa yazdırıblar.

Artıq mundialda ilk 1/8 final cütləri məlumdur. İngiltərə Seneqalla, ABŞ isə Niderlandla üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Fransa, Braziliya və Portuqaliya yığmaları pley-offa vəsiqəni təmin ediblər.

DÇ-2022

Qrup mərhələsi, III tur

29 noyabr

A qrupu

Ekvador - Seneqal - 1:2
Qollar: Moyses Kaysedo, 68 - İsmaila Sarr, 44-pen. Kalidu Kulibali, 70.
Baş hakim: Kleman Türpen (Fransa)
"Xəlifə" stadionu

Niderland - Qətər - 2:0
Qollar: Kodi Qakpo, 26. Frenki De Yonq, 49.
Baş hakim: Bakari Qassama (Qambiya)
"Əl Beyt" stadionu

B qrupu

İran - ABŞ - 0:1
Qol: Kristian Pulişiç, 38.
Baş hakim: Migel Mateu Laos (İspaniya)
"Al Tumama" stadionu

Uels - İngiltərə 0 : 3
Qollar: Markus Reşford, 50; 68. Fil Foden, 52.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Əhməd ibn Əli" stadionu