Cümə 26.04.2024

“Sabah”dan qələbə, Sumqayıtda heç-heçə

“Sabah”dan qələbə, Sumqayıtda heç-heçə

Misli Premyer Liqasında XV tura yekun vurulub. Sonuncu oyun gününün ilk matçı Tovuz şəhər stadionunda təşkil edilib. "Turan Tovuz" - "Sabah" qarşılaşmasının taleyini bir qol həll edib. Qələbə sayəsində xallarının sayını 38-ə çatdıran "Sabah" lider "Qarabağ"la xal fərqini üçə endirib. Tovuz təmsilçisi isə 16 xalla 6-cı sıradadır.

Ölkə çempionatında XV tura Sumqayıtda yekun vurulub. Şəhərin eyni adlı komandası "Qəbələ" ilə qarşılaşıb. "Kapitan Bank Arena"dakı matç 1:1 hesabı ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Qəbələ" 5-ci pillədə qalıb. "Sumqayıt" isə 6 xalla sonuncu - 10-cu sıradadır.

Turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, "Qarabağ" isə "Zirə"nin müqavimətini qıra bilməyib - 0:0.

Misli Premyer Liqası

XV tur

29 noyabr

“Turan Tovuz” – “Sabah” - 0:1
Qol: A.Kaşuk, 80.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
Tovuz şəhər stadionu

“Sumqayıt” – “Qəbələ” - 1:1
Qollar: T.Todoroski, 79 - İ.Alimi, 74-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”