Şənbə 20.04.2024

Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli açıqlandı - FOTO

Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli açıqlandı - FOTO

Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komandaların idmançılarının dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 685 xalla siyahıya başçılıq edir. Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, idman gimnastı İvan Tixonov isə 390 xalla üçüncü pillədə yer alıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi qaydalara uyğun aparılır.

Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.

Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli açıqlandı - FOTO
Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli açıqlandı - FOTO