Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub.
Günün ilk oyununda "Turan Tovuz" "Kəpəz"i qəbul edib. İlk görüşdə səfərdə Gəncə təmsilçisinə 2:1 hesabı ilə qalib gələn Tovuz klubu doğma meydanda rəqibi ilə 2:2 bərabərə qalaraq yarımfinala yüksəlib.
Digər matçda isə "Neftçi" və "Zirə" komandaları üz-üzə gəliblər. Birinci oyunda minimal hesabla qalib gələn qəsəbə təmsilçisi cavab matçında 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Beləcə, "ağ-qarlar" sonuncu yarımfinalçı olublar.
“Neftçi” yarımfinalda “Turan Tovuz”la üz-üzə gələcək. Bu raundun digər cütündə “Qəbələ” və “Səbail” komandaları görüşəcəklər.
Yarımfinallar 2023-cü il aprelin 19 və 27-də baş tutacaq.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
20 dekabr (çərşənbə axşamı)
"Turan Tovuz" - "Kəpəz" - 2:2
Qollar: Faiq Hacıyev, 15. Xəyal Nəcəfov, 16 - Fərid Nəbiyev, 32; 45+3.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu.
İlk oyun - 2:1
"Neftçi" - "Zirə" - 3:1
Qollar: Yeqor Boqomolski, 3. Emin Mahmudov, 45+1. Kenni Sayef, 95 - Loris Broqno, 89.
Matçın 110-cu dəqiqəsində Hamidu Keyta penaltidən yararlana bilməyib (qapıçı).
Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 120+1 (qırmızı vərəqə). Hacıağa Hacılı, 120+3.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bakcell Arena".
İlk oyun - 0:1