Şənbə 20.04.2024

Azərbaycan Kuboku: Qəbələdə darmadağın, Bakıda heç-heçə

Azərbaycan Kuboku: Qəbələdə darmadağın, Bakıda heç-heçə

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib. Maraqlıdır ki, ardıcıl 2-ci ildir 1/4 finalda eyni cütlər olur.

Ölkə kubokunun son qalibi olan "Qəbələ" doğma meydanda "Sabah"la üz-üzə gəlib. Ötənilki matçların hər ikisində bölgə təmsilçisi minimal hesabla qalib gəlmişdi. Bu dəfə ilk görüşdə 3 qol qeydə alınıb. Meydan sahibləri rəqibinə şans verməyib.

Günün digər matçında isə “Səbail” “Zirə” ilə qarşılaşıb. Ötən mövsüm bu komandaların ölkə kubokundakı hər iki görüşündə "Zirə" minimal fərqlə qələbə əldə etmişdi - 1:0, 3:2. Bugünkü matçda qapılar toxunulmaz qalıb.

Qeyd edək ki, digər iki görüş sabah keçiriləcək. "Neftçi" "Sumqayıt"ı, "Qarabağ" "Keşlə"ni qəbul edəcək. Bütün görüşlər “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

15 dekabr (bazar)

“Qəbələ” – “Sabah” - 3:0

Qollar: K.Bauk, 19; 43. Ü.İsgəndərov, 87.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

Qəbələ şəhər stadionu

“Səbail” – “Zirə” - 0:0

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev

“ASCO Arena”