Şənbə 02.08.2025

"CBC Sport" telekanalı laureatlar sırasında - FOTO

"CBC Sport" telekanalı laureatlar sırasında - FOTO

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının təntənəli mükafatlandırma mərasimi keçirilib. Dörd ay davam edən İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının münsiflər heyəti ümümilikdə 40-a yaxın film, proqram, promoçarx, reklam çarxı və musiqi kliplərindən 4 nominasiya üzrə qalibləri seçib.

Təltif edilənlər sırasında müxtəlif nominasiyalarda təmsil olunan "CBC Sport" telekanalı da yer alıb.

“Həyat naminə – İdman” nominasiyasında 3-cü yerə "CBC Sport" telekanalında yayımlanan “Ümidlərimiz” proqramı, “Klip” nominasiyasında 2-ci yerə “CBC Sport 4 yaş” klipi və “Güclü, iradəli” nominasiyasında münsiflər heyətinin xüsusi mükafatına “Banişevski – 75” sənədli filmi layiq görülüb.

Bundan əlavə, "Gözəgörünməz qəhrəmanlar" sənədli filmi, "12 şəhər" proqramı, "Goalereya" promo çarxı və "Futbol üzrə Azərbaycan Premyer Liqası" promo çarxına görə "CBC Sport" telekanalı xüsusi diplomlarla təltif edilib.

"CBC Sport" telekanalının baş direktoru Volkan Üst İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının baş prodüseri Arzu Qulamovla görüşüb. Görüş zamanı gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb, qarşıya qoyulan məqsədlərdən danışılıb. Festivalın informasiya tərəfdaşı olan "CBC Sport" telekanalı üçün nəzərdə tutulan xüsusi mükafat Volkan bəyə təqdim edilib.

İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı ölkənin əhəmiyyətli və ən parlaq idman və mədəniyyət tədbirlərdən biri olmaqla yanaşı, ilk idman filmləri və televiziya proqramları müsabiqəsidir.