Çərşənbə 24.04.2024

Riçard Almeyda "Qarabağ"dan getdi

Riçard Almeyda "Qarabağ"dan getdi

"Qarabağ"ın futbolçusu Riçard Almeyda qış fasiləsindən sonra Ağdam klubunda çıxış etməyəcək. Bu barədə Azərbaycan millisinin üzvü sports.kz-ya müsahibəsində deyib.

"Astana" ilə qüvvədə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etdiyini bildirən 30 yaşlı yarımmüdafiəçi agentinin hazırda bir neçə klubla danışıqlar apardığını bildirib:

"Amma hələ qərar verməmişəm. İndi istirahətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm. Mənimlə maraqlanan klublar arasında Qazaxıstan təmsilçiləri yoxdur".

Qeyd edək ki, Almeydanın "Qarabağ"la müqaviləsinin müddəti yanvarın 1-i başa çatır.