Çərşənbə axşamı 16.04.2024

“Qarabağ”ın qış hazırlıq planı məlum oldu

“Qarabağ”ın qış hazırlıq planı məlum oldu

“Qarabağ”ın qış təlim-məşq toplanış planı məlum olub. Klubun mətbuat xidmətinin verdiyi xəbərə görə, Ağdam təmsilçisi yanvarın 7-də klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək. Futbolçular gələn ayın 12-də Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.

Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında komanda 4 yoxlama oyunu keçirəcək. Rəqiblər də artıq məlumdu. Ölkə çempionu yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, 22-də Qazaxıstanın "Jetisu", 25-də Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.

Yanvarın 26-da "Qarabağ" Bakıya dönərək fevralın 2-də baş tutacaq “Səbail"lə matçın hazırlıqlarını burada davam etdirəcək.