Cümə 29.03.2024

Voleybol millimizin yekun heyəti müəyyənləşdi

Voleybol millimizin yekun heyəti müəyyənləşdi

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının heyəti dəqiqləşib. Baş məşqçi Vasif Talıbov 11 günlük təlim-məşq toplanışının yekununa əsasən, Niderlandda keçiriləcək Avropa Olimpiya Lisenziya turnirində güvənəcəyi oyunçuları müəyyənləşdirib.

O, yanvarın 7-12-də Apeldorn şəhərində təşkil olunacaq yarışda aşağıdakı voleybolçulara güvənəcək:

Toppaylayıcılar: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova;

Blokçular: 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk;

Hücumçular: 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova;

Liberolar: 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva.

Baş məşqçi: Vasif Talıbov

Məşqçilər: Famil Ağayev, Eldar Yusubov

Qeyd edək ki, yığmamız yarışda A qrupunda mübarizə aparacaq. Komandamız Niderland, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar. Millimizin bütün görüşləri "CBC Sport"la canlı yayımlanacaq.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.