Cümə 27.06.2025

"Barselona" "Real Madrid"i məğlub edib İspaniya Superkubokunu qazandı

"Barselona" "Real Madrid"i məğlub edib İspaniya Superkubokunu qazandı

İspaniya Superkuboku uğrunda final oyunu keçirilib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "King Fahd" stadionunda "Real Madrid" və "Barselona" komandaları üz-üzə gəliblər.

Tərəflər arasında baş tutan 251-ci rəsmi dueldən katalonlar 3:1 qalib ayrılaraq 2023-cü ilə titulla start veriblər. Bu, Xavi Hernandesin “Barselona”nın baş məşqçi postunda ilk uğurudur.

Qeyd edək ki, "Barselona" sözügedən mükafatı 14-cü dəfə muzeyinə apararaq bu mənada liderliyini qoruyub.

İspaniya Superkuboku

Final

15 yanvar

"Real Madrid" – "Barselona" - 1:3
Qollar: Benzema, 90+3 - Qavi, 33. Levandovski, 45. Pedri, 69.