Şənbə 27.07.2024

“İnter” ardıcıl ikinci dəfə İtaliya Superkubokunu qazandı

“İnter” ardıcıl ikinci dəfə İtaliya Superkubokunu qazandı

İtaliya Superkubokunun qalibi müəyyənləşib. Həlledici oyunda “Milan” və “İnter” komandaları üz-üzə gəliblər.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Fəhd adına Beynəlxalq Stadionda keçirilən oyun “İnter”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Federiko Dimarko, Edin Ceko və Lautaro Martines vurublar.

Nəticədə “İnter” ardıcıl 2-ci, bütövlükdə isə 7-ci dəfə superkuboku qazanıb.

Xatırladaq ki, “Milan” ölkə çempionu, “İnter” isə ölkə kubokunun sahibi kimi superkubok matçında oynamaq hüququ əldə etmişdi.

İtaliya Superkuboku 1988-ci ildən keçirilir, ən titullu komanda 9 qələbəsi olan Turinin “Yuventus”udur.