Çərşənbə 09.07.2025

"Yuventus"a ağır cəza

"Yuventus"a ağır cəza

İtaliya Futbol Federasiyası adı maliyyə korrupsiyasında hallanan "Yuventus" klubunu cəzalandırıb.

Turin təmsilçisinin Seriya A-da topladığı 37 xaldan 15-i silinib. Bununla da, "Qoca sinyora" 22 xalla 10-cı sıraya geriləyib.

"Yuventus" futbolçuların transfer xərclərini həddindən artıq qiymətləndirməkdə, həmçinin heyət xərcləri ilə bağlı həqiqi məlumatları və futbolçuların həqiqi maaşlarını gizlətməkdə ittiham olunurdu.