“Neftçi”nin “Apollon” klubu ilə futbolçu Qodsvey Donyonun satışı ilə əlaqədar rəsmi danışıqlar uğurla başa çatdırılıb və hücumçu Kipr təmsilçisinə satılıb. Bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
“Neftçi” göstərdiyi xidmətlərə görə qanalı futbolçuya təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Qodsvey Donyo 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.