Şənbə 27.07.2024

"Qəbələ" məğlubiyyətdən xilas oldu

"Qəbələ" məğlubiyyətdən xilas oldu

Bu gün Misli Premyer Liqasında qış fasiləsi başa çatıb. XIX turun açılış oyunu Gəncədə keçirilib.

Autsayderlər zonasında qərarlaşan “Kəpəz” “Qəbələ”ni qəbul edib. Oyun məhsuldar heç-heçə ilə yekunlaşıb. İkinci hissəyə 2:0 öndə çıxan meydan sahibləri üstünlüklərini sona qədər qoruya bilməyiblər. "Qəbələ" məğlubiyyətdən xilas olmağı bacarıb.

XIX turun digər oyunları yanvarın 25-də və 26-da keçiriləcək. Ayın 25-də “Qarabağ” “Turan Tovuz”un (14:00), “Sumqayıt” “Zirə”nin (16:30) qonağı olacaq, ertəsi gün “Şamaxı” “Səbail”i (14:00), “Sabah” isə “Neftçi”ni (19:00) qəbul edəcək.

Bütün oyunlar "CBC Sport"la canlı yayımlanacaq.

Misli Premyer Liqası

XIX tur

24 yanvar (çərşənbə axşamı)

“Kəpəz” – “Qəbələ” - 2:2
Qollar: A.Ayzaya, 18-pen. M.Junior, 42-pen - R.Renato, 63. Ü.İsgəndərov, 79.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
VAR: Rauf Allahverdiyev
AVAR: Elşad Abdullayev
Hakim inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Gəncə şəhər stadionu