Cümə 03.02.2023

"Sumqayıt" növbəti transferini açıqladı

"Sumqayıt" növbəti transferini açıqladı

Dövrələrarası fasilədə heyətini Dieqo Karioka və Masaki Murata ilə gücləndirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Klubdan verilən məlumata görə, son olaraq İsrailin “Bney Yehuda” klubunda çıxış edən qanalı hücumçu Karim Abubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalanıb. 27 yaşlı hücumçu “Sumqayıt”ın heyətində “9” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Karim Abubakar karyerası ərzində “Medeama” (Qana), “Leqanes”, “Alkorkon”, “Valdivia”, “Don Benito”, “Algesiras”, “Yeklano Deportivo” (hamısı İspaniya), “Hapoel Akre” (İsrail) kimi klubların uğurları üçün çalışıb.