Bazar 03.12.2023

"Qarabağ" Albaniya millisinin futbolçusunu transfer etdi

"Qarabağ" Albaniya millisinin futbolçusunu transfer etdi

"Qarabağ" Albaniya millisinin futbolçusu Redon Cicanın transferini açıqlayıb.

Ağdam klubundan verilən məlumata görə, son olaraq ölkəsinin "Tirana" komandasında çıxış edən hücumameyilli yarımmüdafiəçi ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalanıb.

Qeyd edək ki, Redon Cica karyerasında yalnız öz ölkəsində çıxış edib. "Şkendiya"nın yetirməsi olan futbolçu 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub.

O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub.