"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib. Qəsəbə təmsilçisi Vladislav Kulaçla anlaşıb. Klubdan verilən məlumata görə, ukraynalı hücumçu ilə 1,5 illik müqavilə imzalanılıb.
Qeyd edək ki, 30 yaşlı futbolçunun son klubu Ukraynanın “Dinamo”(Kiyev) komandası olub.
O, həmçinin ölkəsinin “Şaxtyor”(Donetsk), “Mariupol”, “Metallurq” (Zaporojye), “Stal”, “Zorya”, “Vorlska”, “Oleksandriya”, Türkiyənin “Eskişehirspor” və Macarıstanın “Honved” klublarında çıxış edib.