Cümə 03.02.2023

"Qarabağ" "Turan Tovuz"a, "Zirə" "Sumqayıt"a qalib gəldi

"Qarabağ" "Turan Tovuz"a, "Zirə" "Sumqayıt"a qalib gəldi

Bu gün Misli Premyer Liqasında XIX turun daha 2 oyunu keçirilib.

Günün ilk matçında lider "Qarabağ" "Turan Tovuz"un qonağı olub. Əvvəlki görüşlərdə Ağdam klubu qalib gəlib. Budəfəki dueldə də sevinən tərəf "Qarabağ" olub. Tovuz təmsilçisi oyunun sonlarında buraxdığı qolla meydandan 2:3 məğlub ayrılıb.

Günün son görüşündə "Zirə" "Sumqayıt"ı qəbul edib. Qəsəbə klubu son 9 oyunda uduzmayıb. “Gənclik şəhəri” təmsilçisi son 8 görüşdə qol vurmamışdı. Bugünkü matçda "Sumqayıt" hesabı açsa da, "Zirə" geridönüş edərək qələbə qazanıb.

Qeyd edək ki, turun açılış qarşılaşmasında "Kəpəz" evdə "Qəbələ" ilə heç-heçə edib - 2:2. Tura yanvarın 26-da keçiriləcək "Şamaxı" - "Səbail" və "Sabah" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.

Misli Premyer Liqası

XIX tur

25 yanvar

"Turan Tovuz" - "Qarabağ" - 2:3
Qollar: Runi Eva, 23. Ehtiram Şahverdiyev, 85 - Musa Qurbanlı, 10; Ramil Şeydayev, 27. Bəhlul Mustafazadə, 88.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu, 14:00

"Zirə” - “Sumqayıt” - 3:1
Qollar: Dmitrios Çantakias, 50. Loris Broqno, 73. Toni Qomes, 79 - Vüsal İsgəndərli, 4.
Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu