UEFA Millətlər Liqasında "Dördlər finalı"nın püşkü atılıb.
İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə yarımfinal cütləri bəlli olub. İspaniya İtaliya, Niderland isə Xorvatiya ilə üz-üzə gələcək.
"Dördlər finalı" 14-18 iyunda Niderlandın Rotterdam və Ensxede şəhərlərində təşkil olunacaq.
İyunun 14-ü və 15-də yarımfinal matçları, 18-də isə final görüşü keçiriləcək.