Cümə 19.04.2024

"Zirə" yeni transferini açıqladı

"Zirə" yeni transferini açıqladı

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib. Qəsəbə təmsilçisi Donald Gerye ilə anlaşıb.

Klubdan verilən məlumata görə, haitli müdafiəçi ilə yarım mövsüm+1 illik müqavilə imzalanılıb. Haiti millisinin kapitanı karyerası ərzində ölkəsinin “Violette”, “Amerika des Kayes”, Polşanın “Visla”(Krakov), “Vieçesta”, Türkiyənin “Alanyaspor”, Kiprin “Apollon” və “Olimpiakos” klublarında da çıxış edib.

Qeyd edək ki, 33 yaşlı futbolçu daha əvvəl ölkəmizdə “Qarabağ” və “Neftçi”nin də formasını geyinib.

"Zirə" yeni transferini açıqladı
"Zirə" yeni transferini açıqladı