Cümə axşamı 28.03.2024

Mövsümün ilk "Böyük dəbilqə"sini Cokoviç qazandı

Mövsümün ilk "Böyük dəbilqə"sini Cokoviç qazandı

Mövsümün ilk “Böyük dəbilqə” seriyalı yarışı “Australian Open”in finalında Novak Cokoviç yunanıstanlı Stefanos Tsitsipası 3:0 (6:3, 7:6, 7:6) məğlub edərək sözügedən turnirin 10 qat qalibi olub.

Serbiyalı raketka ustası bu nəticə ilə "Böyük dəbilqə" sayında (22) Rafael Nadala çatıb.

Cokoviç bazar ertəsi açıqlanacaq yeni reytinq cədvəlində Karlos Alkarası geridə qoyaraq dünyanın bir nömrəsi olacaq.

Təcrübəli tennisçi karyerasında 7-ci dəfə reytinq lideri ünvanını ələ keçirəcək.

Cokoviç dünyanın bir nömrəsi statusunda keçirdiyi həftələrin sayına görə rekorda sahibdir. Ümumilikdə o, 373 həftə (ardıcıl 122 həftə daxil olmaqla) reytinqə başçılıq edib.