Cümə 19.04.2024

"Sumqayıt" "Turan Tovuz"u məğlub yola saldı

"Sumqayıt" "Turan Tovuz"u məğlub yola saldı

Bu gün Misli Premyer Liqasında XX tura start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib.

"Sumqayıt" "Kapital Bank Arena"da "Turan Tovuz"u qəbul edib.

Komandalar bunadək ölkə çempionatında 2 dəfə üz-üzə gəlmişdilər. Həmin matçların birində Tovuz klubu qələbə qazanmış, digərində isə heç-heçə qeydə alınmışdı. Budəfəki görüşdən "Sumqayıt" qalib ayrılıb.

Turun "Qarabağ" - "Şamaxı" və "Səbail" - "Kəpəz" oyunları yanvarın 31-də, "Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri isə fevralın 1-də oynanılacaq.

Misli Premyer Liqası

XX tur

30 yanvar

"Sumqayıt” – “Turan Tovuz” - 2:1
Qollar: T.Todoroski, 28. K.Abubakar, 48 - R.Eva, 39.
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Kamal Umudlu
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”