Cümə 26.04.2024

"Qarabağ" daha bir legioneri ilə vidalaşdı - FOTO

"Qarabağ" daha bir legioneri ilə vidalaşdı - FOTO

"Qarabağ" qış fasiləsində daha bir futbolçusu ilə vidalaşıb. Ağdam təmsilçisi qanalı hücumçu Kvabena Ovusu ilə yollarını ayırıb.

Əldə olunmuş razılığa əsasən, 26 yaşlı forvard Macarıstanın "Ferentsvaroş" klubuna transfer olub. Müqavilənin detalları açıqlanmayıb.

Daha əvvəl braziliyalı yarımmüdafiəçi Kadi Borges Azərbaycan çempionunu Rusiya "Krasnodar"ına dəyişib.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ilin yanvarından “Qarabağ”ın şərəfini qoruyur. Onun ağdamlılarla müqavilə müddəti cari mövsümün sonuna qədər idi.

"Qarabağ" daha bir legioneri ilə vidalaşdı - FOTO
"Qarabağ" daha bir legioneri ilə vidalaşdı - FOTO