Cümə 26.04.2024

“Qarabağ” “Şamaxı”nı məğlub etdi, “Səbail” 10 turdan sonra qələbə qazandı

“Qarabağ” “Şamaxı”nı məğlub etdi, “Səbail” 10 turdan sonra qələbə qazandı

Bu gün Misli Premyer Liqasında XX turun daha 2 oyunu keçirilib.

Günün ilk matçında lider "Qarabağ" "Şamaxı"nı qəbul edib. 17 oyundur rəqibinə uduzmayan Ağdam təmsilçisi uğurlu seriyanı bu görüşdə də davam etdirib. 5 matçdan sonra "Qarabağ"a qol vurmağı bacaran "Şamaxı" qapısında 3 top görüb.

Günün son qarşılaşmasında isə "Kəpəz" "Səbail"in qonağı olub. Tərəflər arasında son iki oyunda böyük hesab qeydə alınmışdı. Ancaq bugünkü qarşılaşmanın taleyini bir qol həll edib. "Səbail" 10 turdan sonra qələbə qazanıb.

Qeyd edək ki, açılış oyununda "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

Misli Premyer Liqası

XX tur

31 yanvar (çərşənbə axşamı)

“Qarabağ” – “Şamaxı” - 3:1
Qollar: M.Qurbanlı, 22. Q.Qarayev, 46. L.Andrade, 63 - B.Həziyev, 81.
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena".

“Səbail” – “Kəpəz” - 1:0
Qol: F.Mazurek, 77
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”.