Cümə 19.04.2024

“Qəbələ” “Sabah”a uduzdu, “Neftçi” “Zirə”yə qalib gəldi

“Qəbələ” “Sabah”a uduzdu, “Neftçi” “Zirə”yə qalib gəldi

Bu gün Misli Premyer Liqasında XX tura yekun vurulub. Sonuncu oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında "Sabah" "Qəbələ"nin qonağı olub. Paytaxt klubu rəqibi ilə son 5 oyunda qol vurub və uduzmayıb. Son 7 qarşılaşmada iki və ya daha çox qol qeydə alınıb. Budəfəki duel də məhsuldar keçib. "Sabah" 3 xalı 3 qolla qazanıb.

Turun son oyununda isə "Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edib. “Ağ-qaralar”ın meydanındakı son üç görüşdə hər iki komanda qol vurmuşdu. “Zirə” 9 oyundur səfərdə qalib gəlmirdi. Uğursuz seriya bugünkü qarşılaşmada da davam edib. "Neftçi" minimalhesablı qalibiyyətə sevinib.

Turun əvvəlki oyunlarında "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1, "Qarabağ" "Şamaxı"ya 3:1, "Səbail" isə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.

Misli Premyer Liqası

XX tur

1 fevral (çərşənbə)

“Qəbələ” – “Sabah” - 0:3
Qollar: D.Volkov, 60. C.İrasabal, 70. C.L.Mikels, 89
Qırmızı vərəqə: R.Renato, 28.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu.

“Neftçi” – “Zirə” - 1:0
Qol: V.Stankoviç, 52
Qırmızı vərəqə: D.Gerye, 75
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”.