Cümə axşamı 09.05.2024

Klublararası dünya çempionatına start verildi, “Əl-Əhli” 1/4 finalda

Klublararası dünya çempionatına start verildi, “Əl-Əhli” 1/4 finalda

Futbol üzrə klublararası dünya çempionatına start verilib. Mərakeşdə təşkil olunan turnirin ilk oyunu Misirin “Əl-Əhli” və Yeni Zelandiyanın “Oklend Siti” komandaları arasında keçirilib.

1/4 finala vəsiqə uğrunda oyunda 3 cavabsız qolla qalib gələn “Əl-Əhli” növbəti mərhələyə yüksəlib.

“Əl-Əhli” 1/4 finalda ABŞ-nin "Sietl Saunders" komandası ilə qarşılaşacaq. Bu mərhələnin digər görüşü isə "Vidad"la (Mərakeş) "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) arasında təşkil ediləcək. Oyunlar fevralın 4-də keçiriləcək.

Madrid “Real”ı və Braziliyanın “Flamenqo” komandaları mübarizəyə yarımfinal mərhələsindən qoşulacaqlar.

Klublararası dünya çempionatının yayım hüququ "CBC Sport"a məxsusdur.

Klublararası Dünya Çempionatı

1 fevral

"Əl-Əhli" - "Oklend Siti" - 3:0
Qollar: Əl-Şahat, 45+2. Şerif, 56. Tau, 86.