Cümə 26.04.2024

Millimizin daha bir rəqibi müəyyənləşdi

Millimizin daha bir rəqibi müəyyənləşdi

Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin daha bir rəqibi müəyyənləşib.

Komandamız Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Görüş martın 26-da Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xatırladaq ki, millimiz toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.