"Qarabağ" bu gün UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Ağdam klubu Bakıda Belçika təmsilçisi "Gent"lə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş "CBC Sport"la canlı yayımlanıb.
İsveç Futbol Federasiyasından Məhəmməd Al-Hakimin idarə etdiyi qarşılaşmanın taleyini bir qol həll edib. Leandro Andrade "Qarabağ"a 1:0 hesablı qələbə qazandırıb. Matçın 52-ci dəqiqəsində Ramil Şeydayev penaltidən yararlana bilməyib.
Komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.
UEFA Avropa Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
16 fevral
"Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) - 1:0
Qol: Leandro Andrade, 78
Matçın 52-ci dəqiqəsində R.Şeydayev penaltidən yararlana bilməyib (qapıçı)
Hakimlər: Məhəmməd Al-Hakim, Fredrik Klayver, Maks Robin Uayld, Boyan Panciç (İsveç)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu