Cümə 29.03.2024

"Səbail" daha bir transferini açıqladı

"Səbail" daha bir transferini açıqladı

"Səbail" klubu yeni futbolçu transferini gerçəkləşdirib. Klubdan verilən məlumata görə, komanda Peyman Keşavarzı heyətinə qatıb. 24 yaşlı cənubi azərbaycanlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

"Sumqayıt" klubu 2019-cu ilin əvvəlində Peyman Keşavarz ilə müqavilə imzalamışdı. Lakin oyunçu həmin mövsüm artıq iki klubda çıxış etdiyindən müqavilə ləğv edilmişdi.

Qeyd edək ki, Təbrizin "Traktorsazi" klubunun yetirməsi olan Peyman Keşavarz həmin şəhərin digər təmsilçiləri olan "Maşınsazi" və "Gostaresh Foolad" ilə yanaşı, "İstiqlal Əhvaz"ın da şərəfini qoruyub.