Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2020-nin elit-raund mərhələsində keçirəcəyi oyunları "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq. C qrupunda yer alan yığmamız Xorvatiya, Slovakiya və Rusiya ilə bir qrupda mübarizə aparacaq.
Millimizin oyunlarının təqvimi:
Xorvatiya - Azərbaycan - 29 yanvar, saat: 23:00
Rusiya - Azərbaycan - 30 yanvar, saat 20:00
Slovakiya - Azərbaycan - 1 fevral, saat 20:00
Qeyd edək ki, qarşılaşmalar Xorvatiyanın Osiek şəhərində keçiriləcək.