Bazar ertəsi 27.03.2023

“Qəbələ” “Turan Tovuz”la heç-heçə etdi, “Qarabağ”dan böyükhesablı qələbə

“Qəbələ” “Turan Tovuz”la heç-heçə etdi, “Qarabağ”dan böyükhesablı qələbə

Misli Premyer Liqasında XXVI tur davam edir. Bu gün daha iki oyun keçirilib.

Günün ilk matçı Tovuzda baş tutub. “Qəbələ” “Turan Tovuz”un qonağı olub. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Lider “Qarabağ” autsayder “Səbail”i sınağa çəkib. Rəqibi üzərində son 4 oyunda qələbə qazanan Ağdam klubu uğurlu seriyanı bu matçda da davam etdirib. "Qarabağ" 3 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, turun ilk oyun günündə “Kəpəz”lə “Zirə” heç-heçə (1:1) edib, “Sabah” öz meydanında “Sumqayıt”a 4:0 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək “Şamaxı” – “Neftçi” görüşü ilə yekun vurulacaq.

Misli Premyer Liqa

XXVI tur

11 mart (şənbə)

“Turan Tovuz” – “Qəbələ” - 1:1
Qollar: R.Eva, 19-pen - F.Santos, 39.
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Tovuz şəhər stadionu

“Qarabağ” – “Səbail” - 3:0
Qollar: E.Cəfərquliyev, 24. M.Qurbanlı, 34. J.Romao, 53.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Azersun Arena”