Bazar ertəsi 27.03.2023

“Neftçi” səfərdə “Şamaxı”nı məğlub etdi

“Neftçi” səfərdə “Şamaxı”nı məğlub etdi

Bu gün Misli Premyer Liqasında XXVI tura yekun vurulub. Turun qapanış matçı Şamaxıda keçirilib.

Eyniadlı komanda “Neftçi”ni qəbul edib. Rəqibi ilə ardıcıl 4 oyunda məğlubiyyətlə üzləşən “Şamaxı”nın uğursuz seriyası bu matçda da davam edib. 12 matçdır meydanı qolsuz tərk etməyən “Neftçi” minimalhesablı qələbəyə sevinib.

Qeyd edək ki, turun “Kəpəz” – “Zirə” və “Turan Tovuz” – “Qəbələ” görüşləri 1:1 hesablı heç-heçə ilə nəticələnib, “Sabah” “Sumqayıt”ı 4, “Qarabağ” isə “Səbail”i 3 cavabsız qolla üstələyib.

Misli Premyer Liqası

XXVI tur

12 mart (bazar)

“Şamaxı” – “Neftçi” - 0:1
Qol: Mateus Saldanya, 81.
Hakimlər: Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı şəhər stadionu