Cümə 19.04.2024

Millimiz Xorvatiyaya uduzdu

Millimiz Xorvatiyaya uduzdu

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib.Rəqib Xorvatiya yığması olub. Osiek şəhərindəki “Qradski vrt Arena”da təşkil edilən qarşılaşma "CBC Sport" kanalı ilə canlı yayımlanıb.

Görüşü italiyalı hakimlər - Angelo Galante, Nicola Manzione və Alessandro Malfer idarə edib. Matçın əvvəlində və sonunda buraxılan qollar millimizin məğlubiyyətini qaçılmaz edib. C qrupunda bu komandalardan başqa Rusiya və Slovakiya yığmaları da yer alıb. Şimal qonşumuz 7:1 hesablı qələbəyə sevinib.

Reqlamentə əsasən, elit-raundda qrup qalibi olacaq 4 komanda birbaşa dünya çempionatına yüksələcək. Qrupları ikinci pillədə başa vuranlar isə "pley-off"da üz-üzə gələcəklər. Mundial 12 sentyabr - 4 oktyabrda Litvada təşkil olunacaq.

DÇ-nin elit-raun mərhələsi

29 yanvar.

Xorvatiya – Azərbaycan - 2:0

Qollar: Luka Periç, 03:02. Franko Yelovçiç, 37:43.

Hakimlər: Angelo Galante, Nicola Manzione, Alessandro Malfer

Osiek şəhəri. Qradski vrt Arena.

Xorvatiya

12. Zarko Luketin (GK), 20. Zoran Primiç (GK), 3. Josip Jurlina, 10. Tihomir Novak, 11. Josip Suton, 16. Luka Suton, 8. Duşko Martinac, 15. Matej Horvat, 9. Luka Periç, 13. Kristijan Postrujin, 7. Franco Jelovçiç, 5. Duje Bajruşoviç, 6. Davor Kanjuh, 2. Vedran Matoşeviç

Baş məşqçi: Mato Stankoviç

Azərbaycan

12. Rövşən Hüseynli (GK), 1. Emin Kürdov (GK), 3. Tiago Telles Martins “Bolinha”, 10. Oliveira Da Nascimento “Vassora”, 5. Amir Shojaei, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 16. Jonathan Luiz De Angelis “Batton”, 7. Ramiz Çovdarov, 20. Eshagh Soorghali, 9. Rafael Vilela, 13. Kardoso Everton

Baş məşqçi: Joze Alesio Da Silva