Şənbə 27.07.2024

"Mançester Siti" darmadağınla, "İnter" qolsuz heç-heçə ilə mərhələ adladı

"Mançester Siti" darmadağınla, "İnter" qolsuz heç-heçə ilə mərhələ adladı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir. Bu gecə cavab oyunları çərçivəsində daha iki görüş keçirilib.

“Portu” İtaliya təmsilçisi “İnter”i qəbul edib. İlk matçda Milanda 0:1 hesabı ilə uduzan Portuqaliya təmsilçisi məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, buna nail olmayıb. Qolsuz heç-heçə "İnter"i 1/4 finala daşıyıb.

Eyni saatda başlayan digər qarşılaşmada “Mançester Siti” səfərdə 1:1 bərabərə qaldığı “Leypsiq”lə münasibətlərə aydınlıq gətirib. İngiltərə nəhəngi 7 cavabsız qolla qələbə qazanaraq adını 1/4 finala yazdırıb.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

14 mart

“Portu” (Portuqaliya) – “İnter” (İtaliya) - 0:0
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 0:1

“Mançester Siti” (İngiltərə) – “Leypsiq” (Almaniya) - 7:0
Qollar: Haland, 22; 24; 45+2; 54; 57. İ.Gündoğan, 49. K.De Bruyne, 90+2
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:1