Şənbə 30.09.2023

"Sabah" yoldaşlıq oyunu üçün "Beşiktaş"la danışıq aparır

"Sabah" yoldaşlıq oyunu üçün "Beşiktaş"la danışıq aparır

"Qarabağ"ın ardından daha bir klubumuz - "Sabah" Türkiyə təmsilçisi ilə yoldaşlıq oyunu keçirə bilər. Paytaxt təmsilçisi Bakıda xeyriyyə oyunu üçün "Beşiktaş"la danışıqlar aparır.

"CBC Sport"a açıqlama verən "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov yoldaşlıq matçını aprel ayında keçirmək istədiklərini və danışıqlar yekunlaşan kimi ictimaiyyətə ətraflı məlumat verəcəklərini bildirib.

Daha əvvəl "Qarabağ" martın 26-da Bakı Olimpiya Stadionunda "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb. Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.