AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərini qəbul edəcək İsveç yığmasının heyəti müəyyənləşib. Komandanın baş məşqçisi Yanne Andersson 26 futbolçuya dəvət göndərib.
Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.
Qapıçılar: Kristoffer Nordfeldt (AIK), Robin Olsen, ("Aston Villa", İngiltərə), Viktor Yohansson ("Roterem Yunayted", İngiltərə)
Müdafiəçilər: Emil Holm ("Spetsiya", İtaliya), Ludviq Auqustinsson ("Malyorka", İspaniya), Yalmar Ekdal ("Bernli", İngiltərə), Viktor Nilsson Lindelöf ("Mançester Yunayted", İngiltərə), İsak Hin ("Verona", İtaliya), Yoel Andersson ("Midtyullan", Danimarka), Qabriel Qudmundsson ("Lill", Fransa) Edvin Kurtuluş ("Hammarbü"), Karl Starferlt ("Seltik", Şotlandiya)
Yarımmüdafiəçilər: Yesper Karlsson (AZ, Niderland), Emil Forsberq (“Leyptsiq”, Almaniya), Mattias Svanberq (“Volfsburq”, Almaniya), Kristoffer Olsson (“Midtüllan”, Danimarka), Samuel Qustafson (“Haken”), Albin Ekdal (“Spetsiya”, İtaliya), Yesper Karlström (“Lex”, Polşa)
Hücumçular: Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə), Aleksander İsak (“Nyukasl”, İngiltərə), Viktor Klaesson (“Kopenhagen”, Danimarka), Robin Quayson (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Antoni Elanqa (“Mançester Yunayted”, İngiltərə), Viktor Dyekereş (“Koventri”, İngiltərə)