Şənbə 27.07.2024

"Qarabağ"dan darmadağın, "Sabah"dan 2 cavabsız qol

"Qarabağ"dan darmadağın, "Sabah"dan 2 cavabsız qol

Bu gün Misli Premyer Liqasında XXVII tura start verilib.

Günün ilk oyunu Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası lider "Qarabağ"ı qəbul edib. Rəqibi ilə son 7 oyunda qələbə qazanan Ağdam klubu uğurlu seriyanı bu görüşdə də davam etdirib. "Qarabağ" 6 cavabsız qolla qələbə qazanıb.

Günün ikinci matçında "Sabah" "Zirə"nin qonağı olub. Rəqibi ilə son üç oyunda qalib gələn "Sabah" yenə meydandan 3 xalla ayrılıb.

Qeyd edək ki, XXVII turun "Səbail" - "Turan Tovuz" və "Neftçi" - "Kəpəz" oyunları martın 16-da, "Qəbələ" - "Şamaxı" görüşü isə martın 17-də keçiriləcək.

Misli Premyer Liqası

XXVII tur

“Sumqayıt” – “Qarabağ” - 0:6
Qollar: L.Andrade, 7; 49. M.Qurbanlı, 12; 45+2. A.Zubir, 21. S.Abdullazadə, 88 (avtoqol)
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”

“Zirə” – “Sabah” - 0:2
Qollar: D.Volkov, 52. C.L.Mikels, 62.
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu