Bazar ertəsi 27.03.2023

Paytaxt təmsilçiləri bölgə klublarının müqavimətini qıra bilmədilər

Paytaxt təmsilçiləri bölgə klublarının müqavimətini qıra bilmədilər

Misli Premyer Liqasında XXVII tur davam edir. Bu gün daha iki oyun keçirilib.

Günün ilk qarşılaşmasında autsayder “Səbail” doğma meydanda “Turan Tovuz”la üz-üzə gəlib. Bu mövsüm daha öncə qarşılaşan komandaların hər iki görüşündə paytaxt təmsilçisi qələbə qazanmamışdı. İlk dövrədə qalib gələn Tovuz klubu ikinci dövrədə heç-heçə etmişdi. Bugünkü dueldə də bərabərlik qeydə alınıb.

Digər görüşdə “Neftçi” “Kəpəz”i sınağa çəkib. Rəqibi ilə son 5 matçda qələbə qazanan "ağ-qaralar" bu dəfə Gəncə klubunun müqavimətini qıra bilməyib. Matç 2:2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" səfərdə "Sumqayıt"ı 6:0, "Sabah" isə "Zirə"ni 2:0 hesabı ilə məğlub edib. Tura martın 17-də keçiriləcək "Qəbələ" - "Şamaxı" görüşü ilə yekun vurulacaq.

Misli Premyer Liqası, XXVII tur

16 mart (cümə axşamı)

“Səbail” – “Turan Tovuz” - 1:1
Qollar: D.Qomis, 28 - T.Vəlizadə, 45.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”

“Neftçi” – “Kəpəz” - 2:2
Qollar: E.Mahmudov, 65. E.İsrafilov, 71 – Y.Nəbiyev, 57. S.Sisse, 73.
Hakimlər: Elçin Məsiyev, Namiq Hüseynov, Elşad Abdullayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”