Bu gün Misli Premyer Liqasında 3-cü dövrəyə yekun vurulub.
XXVII turun bağlanış oyununda "Qəbələ" "Şamaxı"nı qəbul edib. Son 6 görüşdə rəqibinə uduzamayan meydan sahibləri qələbəni 2 cavabsız qolla qazanıblar.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" səfərdə "Sumqayıt"ı 6:0, "Sabah" "Zirə"ni 2:0 hesabı ilə məğlub edib, "Səbail" evdə "Turan Tovuz"la 1:1, "Neftçi" isə "Kəpəz"lə 2:2 hesablı heç-heçəyə razılaşıb.
Misli Premyer Liqası
XXVII tur
17 mart
"Qəbələ" - "Şamaxı" - 2:0
Qollar: Ə.Allaş, 19; 45+1.
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu.