Cümə axşamı 28.03.2024

"Turan Tovuz" panamalı futbolçu ilə müqavilə imzaladı

"Turan Tovuz" panamalı futbolçu ilə müqavilə imzaladı

"Turan Tovuz" panamalı müdafiəçi ilə 3 ay + 1 il müddətində müqavilə imzalayıb. Klubdan verilən məlumata görə, mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.

Panamanın “San Fransisko” klubunun yetirməsi olan Roderik Miller karyerası ərzində Meksikanın “Merida”, Kolumbiyanın “Atletiko”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Stein”, İraqın “Al Kuva” və “Al Mina” klublarının formasını geyinib.

30 yaşlı müdafiəçi Panamanın əsas millisində 30 oyun keçirib və 1 qol vurub.