Çərşənbə axşamı 16.04.2024

Bu gün AVRO-2024-ün seçmə mərhələsinə start verilir

Bu gün AVRO-2024-ün seçmə mərhələsinə start verilir

Bu gün 2024-cü ildə Almaniyada təşkil ediləcək futbol üzrə Avropa Çempionatının seçmə mərhələsi start götürəcək.

İlk turun ilk oyun günündə 3 qrupda ümumilikdə 8 görüş keçiriləcək. Azarkeşlərin maraqla gözlədiyi qarşılaşma C qrupunda olacaq. Ötən Avropa çempionatının finalçıları - İtaliya və İngiltərə milli milliləri Neapolda üz-üzə gələcək.

İtaliya millisi AVRO-2020-nin "Uembli" stadionunda təşkil edilən final matçında ingilisləri penaltilər seriyasında məğlub edərək çempion olmuşdu. “Skuadra Adzurra” İngiltərə ilə keçirdiyi son 6 görüşdə məğlub olmayıb: 3 qələbə, 3 bərabərlik. Bundan əlavə, İtaliya seçməsi Danimarkaya məğlub olduğu 1999-cu ildən bəri seçmə mərhələdə ev oyununu uduzmayıb.

Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qarşılaşma “CBC Sport”la canlı yayımlanacaq.

AVRO-2024, seçmə mərhələ

I tur

C qrupu

23:45. İtaliya - İngiltərə
23:45. Şimali Makedoniya - Malta

H qrupu

19:00. Qazaxıstan - Sloveniya
22:45. Danimarka - Finlandiya
22:45. San Marino - Şimali İrlandiya

J qrupu

23:45. Portuqaliya - Lixtenşteyn
23:45. Slovakiya - Lüksemburq
23:45. Bosniya və Herseqovina - İslandiya