Cümə 19.04.2024

AVRO-2024: Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda məğlub oldu

AVRO-2024: Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda məğlub oldu

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib.

Canni De Byazinin çalışdırdığı komanda səfərdə Avstriyanın qonağı olub.

Lins şəhərindəki “Raiffeisen Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.

F qrupunun digər matçında Belçika səfərdə İsveçi üç cavabsız qolla üstələyib. Azərbaycan millisi martın 27-də İsveçin qonağı olacaq.

AVRO-2024, seçmə mərhələ

F qrupu

24 mart

Avstriya - Azərbaycan - 4:1
Qollar: M.Zabitser, 28; 50. M.Qreqoriç, 29. K.Baumqartner, 69 - E.Mahmudov, 64.
Hakimlər: Bartoş Frankovski, Marçin Boniek, Yakub Vinkler, Pavel Raçkovski.
AVAR: Kşiştof Mirmus.
Dördüncü hakim: Damian Kos.
Lins. “Raiffeisen Arena”