Şənbə 27.04.2024

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazandılar

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazandılar

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.

60 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda gürcüstanlı Giorgi Sardalaşvilini məğlub edib.

Qadınların yarışında isə 52 kq-da mübarizə aparan Gültac Məmmədəliyeva bürünc medal uğrunda qarşılaşmada çinli Yeqing Zhu ilə görüşdən qalib ayrılıb.

Bu gün tatamiyə çıxan Kəramət Hüseynov (60 kq), Kamran Süleymanov (66 kq), Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, Böyük Dəbilqə martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.