Cümə axşamı 25.04.2024

Ralf Ranqnik: "Bu oyunda qarşıya qoyduğumuz hədəflərə çatdıq"

Ralf Ranqnik: "Bu oyunda qarşıya qoyduğumuz hədəflərə çatdıq"

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində “Raiffeisen Arena”da keçirilmiş Avstriya - Azərbaycan (4:1) oyunundan sonra təşkil olunmuş mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ralf Ranqnik fikirlərini bölüşüb:

"Bu oyunda qarşıya qoyduğumuz hədəflərə çatdıq. İstədiyimiz nəticəni əldə etdik. Ümumiyyətlə, oyun planını necə qurmuşduqsa, sona qədər ona əməl olundu. Yalnız ilk iyirmi dəqiqədə gedişat bizi heç qane etmədi, çünki qarşı tərəfin də kifayət qədər texniki göstəriciləri var idi. Hətta biz məcbur olduq ki, müdafiədə müəyyən dəyişikliklər edək. Rəqib bəzə qısa, bəzən də uzun ötürmələrlə planlarımızın qarşısını almağa çalışırdı".