Cümə axşamı 25.04.2024

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a məğlub oldu

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a məğlub oldu

Bu gün Bakıda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında xeyriyyə oyunu keçirilib.

Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı qonaqlar açıblar. 4-cü dəqiqədə Bafetimbi Qomis fərqlənib. 18-ci dəqiqədə "köhlən atlar"ın heyətində Redon Cica bərabərlik qolunu vurub. 87-ci dəqiqədə qonaqların hücumçusu Mauro İkardi penaltidən fərqlənərək "Qalatasaray"a 2:1 hesablı qələbə qazandırıb.

Görüşdən əldə olunan bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.