DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində Slovakiya yığması ilə keçirilmiş oyunda 3:3 hesablı heç-heçə edən və xallarının sayını 4-ə yüksəldən Azərbaycan milli komandası pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Qrupun son oyununda Xorvatiya millisini məğlub edən Rusiya yığması birinci pilləni tutub və mundialın final mərhələsinə birbaşa vəsiqə qazanıb. 6 xala malik olan Xorvatiya yığması isə mərhələni ikinci pillədə başa vurub və pley-off oyunlarında iştirak edəcək.
Azərbaycan millisi indiyə qədər bir dəfə - 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının iştirakçısı olub və həmin mundialda mübarizəni 1/4 finalda dayandırıb.